Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:11

iPhone üçün nəzərdə tutulan bu proqram zəvvarlara ziyarət yerini tapmağa kömək edir, mürəkkəb ritualları başa salır, Məkkəni hər qarışını gəzməyə imkan verir. Kişilər və qadınlar üçün fərqli naviqatorlar hazırlanıb

Gənc alman aliminin hazırladığı proqram hər bir müsəlman üçün vacib əməl sayılan Həcc ziyarətini asanlaşdırır. Belə ki, 32 yaşlı Habiburrahman Dastageerinin yaratdığı Apps zəvvarlara öz yolunu tapmağa yardım göstərir, Həccdə yerinə yetirilməsi lazım olan ritualları izah edir.

ZİYARƏT İŞİNİ ASANLAŞDIRAN SİSTEM

Dastageerinin özü ilk dəfə 2006-cı ildə İmrə ziyarətində olub. Hələ Həcc dövrü olmasa da, alman mühəndisi ziyarətin tələblərini çox çətinliklə icra edib:

“Mən anladım ki, bu, təsəvvür etdiyim qədər asan iş deyilmiş. Düzdür, mən və ailəm hazırlıqlı idik, amma orada olanda gördüm ki, hələ bilmədiyimiz çox şeylər var”.

Valideynləri Əfqanıstandan miqrant olan Habiburrahman hazırda Maynsda yaşayır. O, Ştutqart Universitetində informatika ixtisası üzrə təhsil alıb. Magistr proqramında diplom işi kimi məhz bu mövzunu seçib - Həcc ziyarəti üçün GPS naviqatorun prototipini hazırlamaq və ziyarət işini mümkün qədər asanlaşdırmaq.

“ƏMR” ADLI PROQRAM 2 İLƏ HAZIRLANIB

Alman mütəxəssis “Əmr” adlandırdığı bu proqramı 2 ilə yığıb. O, qadın və kişilər üçün fərqli naviqator hazırlayıb.

Proqramda Həccə gedənlər üçün addımbaaddım təlimat yer alıb. Zəvvar Məkkəyə ayaq basan kimi GPS naviqator işə düşür. Bu proqram insanlara öz qaldığı yeri, oteli tapmaqda kömək edir. Sistem nəinki hər kəsə ziyarət yerini göstərir, həm də oradan zəvvarın qaldığı məkana qayıtmağın yolunu cızır.

Naviqatorun hazırlanmasında müəllifə İslam alimi, Həccə aid silsilə kitabların müəllifi Abu Muneer Ismail Davids kömək edib.

ANDROİD ÜÇÜN DƏ NAVİQATOR OLACAQ

Həcc naviqatoru iPhone üçün nəzərdə tutulub və qiyməti 20 avrodur. İmrə ziyarəti üçün nəzərdə tutulan Apps daha ucuz - 10 avroyadır. Naviqatorun türk, ingilis, ərəb və alman dillərində versiyası var. Yaxın vaxtlarda sistemin digər dillər tərcüməsi də satışa çıxacaq. Müəllif həm də Android-lər üçün xüsusi Apps variantını hazırlamağı planlaşdırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG