Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17

Naxçıvana 10 milyon manat ayrıldı


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzərTac-ın məlumatına görə, Naxçıvan MR-nın tarixi-mədəni irsinin və milli memarlıq ənənələrinin qorunub saxlanılması, şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Naxçıvan MR-nın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin Ehtiyat Fondundan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

Sərəncama əsasən Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG