Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:53

Sülhəddin Əkbərin Rəsul Quliyevdən gözləntiləri, «Eurovision»la bağlı fikir ayrılıqları...


Mətbuat icmalı
Mətbuat icmalı
«Eurovision 2012» Mahnı yarışması başa çatsa da, qəzetlər hələ də bu haqda yazırlar. «Azərbaycan «Eurovision» tarixinin ən möhtəşəm səhifəsini yazdı. Kəmiyyətdə 57-ci, keyfiyyətdə birinci». «Azərbaycan» qəzetinin məqaləsi belə adlanır. Qəzet yarışmanın möhtəşəm şou ilə başladığını, müğənni Emin Ağalarovun mükəmməl səhnə performansı göstərdiyini, xarici mətbuatın Bakını Qafqazın Dubayı adlandırdığını yazır.

«EUROVİSİON» VAXTI TURİZM SEKTORU İTKİYƏ MƏRUZ QALIB

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevsə «Bizim yol»a müsahibəsində deyib ki, yarışma günlərində Bakıya 5-6 min turist gəlib. «Bunların əksəriyyəti də jurnalistlər və hər ölkənin nümayəndə heyətinin üzvləridir. Turist deyildiyi qədər də olmayıb, hotellər də boş idi. Bu baxımdan turizm sektoru itkiyə məruz qaldı. Çünki hakimiyyət 40 min turistin gələcəyini deyirdi. Ümumiyyətlə, «Eurovision» əvvəldən siyasiləşdirilmişdi və bunun da məsuliyyəti hakimiyyətin üzərindəydi. Hakimiyyət Eldarla Nigar qalib gələndə bu, birinci şəxsin daxili və xarici siyasəti ilə əlaqələndirildi və təbliğat da bunun üstündə getdi. Siyasiləşdirmə burdan başladı və hakimiyyət özünü tələyə saldı».

SÜLHƏDDİN ƏKBƏR NİYƏ ACP-Nİ SEÇDİ?

Təxminən bir il öncə Müsavat Partiyasından istefa verən, sabiq milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər Açıq Cəmiyyət Partiyasına sədr seçilib. Partiyanın lideri isə Rəsul Quliyevdir. Mayın 30-da çıxan əksər qəzetlər bu hadisəyə diqqət yetiriblər. «Azadlıq» qəzeti isə Sülhəddin Əkbərdən müsahibə alıb. Qəzetin «niyə məhz bu partiya» sualına o belə cavab verib: «Azərbaycanın yaxın siyasi inkişaf perspektivi ilə bağlı, həmçinin strateji-taktiki məsələlərdə Rəsul bəylə fikirlərimiz üst-üstə düşür. Belə hesab edirəm ki, Azərbaycanda demokratiyaya yumşaq keçid üçün Rəsul Quliyevin böyük xidmətləri ola bilər. Rəsul Quliyevin həm Azərbaycanın hakim, həm də müxalif elitası ilə sıx əlaqələri var. Demokratiyaya yumşaq keçid üçün də bu elitanın barışığına ehtiyac var. O, bu funksiyanı yerinə yetirə bilər. Buna həm yaşı, həm təcrübəsi, həm əlaqələri imkan verir».

BAKIDA KİÇİK VENESİYA

«Yeni Müsavat» qəzeti yenidən qurulan «Kiçik Venesiya şəhərciyi»ndən reportaj hazırlayıb. Qəzet yazır ki, şəhərcik rəsmən iyunun 1-dən açılacaq. «Şəhərciyin əməkdaşları deyir ki, buradakı su kanalları daha da genişləndirilib, ərazi xüsusi işıqlandırılma sistemi ilə təmin olunub». Qəzet yazır ki, bura yeni qayıqlar gətirilib. «Elə bu qayığın bir dəfə fırlanması 6 manat müəyyən edilib». Bundan başqa, şəhərcikdə 2 yeni restoranın fəaliyyət göstərəcəyi də deyilir. Qəzet yazır ki, həmin restoranlarda da qiymətlər ucuz olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG