Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

«Nümayişçilərə qarşı zorakılıqlar təcili araşdırılmalıdır»


İctimai Palatanın 21 may aksiyası zamanı

İctimai Palatanın 21 may aksiyası zamanı

Mayın 25-də Bakının mərkəzində keçirilən dinc etiraz aksiyası zamanı təxminən 70 nəfər polis maşınlarına doldurularaq Səbail rayon polis idarəsinə aparılıb. Orada azı 7 saat saxlanılıblar. Tutulanlardan təxminən 60-ı 12 kvadratmetrlik təkadamlıq kameralarda saxlanılıb və oturmaq imkanları belə olmayıb.

Human Rights Watch təşkilatı mayın 25-də saxlananlarla bağlı bildirir ki, polis saxlananlardan 9-nu və qadınları gecə yarısına qədər buraxıb. Həmin gecə saat 2-də saxlananların bir qisminin şəklini çəkib, barmaq izlərini götürəndən sonra buraxıblar. Mayın 26-da isə qalan 19 nəfəri Səbayel rayon məhkəməsinə aparıblar. Onlar polisə itaətsizlikdə ittiham olunublar. 3 nəfər 6 sutka cəza alıb. 9 nəfər 25 manat cərimələnib. Qalan 7 nəfər isə xəbərdarlıq olunaraq buraxılıb. Məhkəmə cəmi bir neçə dəqiqə çəkib və tutulanlar vəkillə təmin olunmayıblar.

Human Rights Watch təşkilatı bildirir ki, Azərbaycan hakimiyyəti inzibati həbs cəzası verilmiş şəxsləri dərhal buraxmalı, özbaşına həbs hallarını və nümayişçilərə qarşı zorakılıqları təcili araşdırmalıdırlar.

Təşkilatın Cənubi Qafqaz üzrə böyük tədqiqatçısı Giorgi Gogia bildirib ki, «Eurovision həftəsi Azərbaycanda hamı üçün bayram olmaq əvəzinə azad söz hüququnu həyata keçirməyə çalışan insanlar üçün fəlakət olub».

Giorgi Gogia onu da deyib ki, hakimiyyət orqanlarının ifadə azadlığına ən bəsit cəhdləri belə zorakılıqla qarşılaması anlaşılan deyil.

Azərbaycan rəsmiləri isə bir qayda olaraq beynəlxalq təşkilatların söz azadlığının məhdudlaşdırılmasına dair bəyanatlarını təkzib edir, ölkədə fundamental azadlıqların tam təmin olunduğunu bəyan edir.

Şərhləri göstər

XS
SM
MD
LG