Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:27

Ali Khameneinin nümayəndəsi Azərbaycana buraxılmayıb


İranın Ali dini lideri Ali Khameneinin nümayəndəsi Fərid Əsrinin Azərbaycana daxil olmasına icazə verilməyib. Bu barədə APA informasiya agentliyinə İranın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Səfirlikdən deyiblər ki, Əsri mayın 28-də bakıda hava limanından geri qaytarılıb.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst də mayın 29-da keçirdiyi mətbuat konfransında bu mövzuda suala cavabında deyib ki, İran mümkün təxribat cəhdlərinə qarşı Azərbaycan rəsmilərinin təmkinlə rəftar etmələrini gözləyir.

Son aylar Eurovision-2012 mahnı yarışının Bakıda keçirilməsinə etiraz olaraq İranda Azərbaycan nümayəndəliklərinin qarşısında etiraz aksiyaları keçirlmişdi. Buna cavab olaraq Bakıda İran səfirliyinin qarşısında keçirilən aksiyada səslənən şüarları isə Tehran özünün dini liderinə təhqir kimi qiymətləndirərək səfirini Bakıdan geri çağırıb.
XS
SM
MD
LG