Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41

«Texnikabank»ın həbsdə olan əməkdaşı barəsində tibbi ekspertizanın rəyi açıqlanıb


Məhbus bankir, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov barəsində təyin olunan tibbi ekspertizanın rəyi açıqlanıb.

Vəkil Əshabəli Mustafayev «APA»ya bildirib ki, ekspertizanın rəyində Elnur Seyidovun dağınıq sklerozdan əziyyət çəkmədiyi qeyd olunub.

Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Martın 29-da onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, dələduzluqda ittiham olunur.

Müdafiəçiləri hesab edirlər ki, Elnur Seyidov AXCP sədrinin qohumu olduğuna görə təqibə məruz qalır. Onlar Elnur Seyidovun ağır xəstə olduğunu, həbsdə saxlanmasının səhhətinə böyük təhlükə törətdiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG