Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:58

Məhkəmə jurnalisti cərimələdi


Ramin Deko
Ramin Deko
Lənkəran rayon Məhkəməsi «Azadlıq» qəzetinin reportyoru Ramin Dekonu cərimələyib.

Deputat Novruzəli Aslanovun şikayəti əsasında belə qərar çıxarılıb.

Jurnalistin üzərinə 10 gün ərzində təkzib vermək, «Ümid yeri» Xeyriyyə Cəmiyyətinə 3000 manat ödəmək vəzifəsi qoyan qətnamə qəbul edilib.

«Media forum» saytının məlumatına görə, jurnalistin vəkili, Media Hüququ İnstitutunun əməkdaşı Fariz Namazlı qərarın onların iştirakı təmin olunmadan çıxarıldığını deyib:

«Qətnamə qanunsuzdur, apellyasiya şikayəti verəcəyik».

Deputat Novruzəli Aslanov Ramin Dekonu «Azadlıq» qəzetinin 26 oktyabr 2011-ci il sayında dərc olunan «Füzuli Ələkbərov İvanovkada evləri 80 min manatdan alır» sərlövhəli yazıya görə məhkəməyə verib. Yazı İvanovka kəndi sakinləri ilə söhbət əsasında hazırlanıb. Kənd sakinləri deputatdan şikayətləniblər. Novruzəli Aslanov yazıda yer alan «...kənd camaatı Novruzəli Aslanovdan şikayətçidir. Onlar problemləri ilə maraqlanmayan millət vəkilinə Novruzəli ayaması qoşublar...» ifadələrindən narazı qaldığı üçün məhkəməyə müraciət edib.

Deputatın iddiasında qeyd olunub ki, həmin ifadələr deputatın şərəf və ləyaqətini aşağılayıb, onun dərin mənəvi sarsıntılar keçirməsinə səbəb olub.
XS
SM
MD
LG