Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:42
Milli Məclis 2012-ci ilin dövlət büdcəsini dəyişib.

Artımdan sonra dövlət büdcəsinin gəlirləri 17 milyard 38 milyon manat, xərclər isə 17 milyard 672 milyon manata çatıb.

Büdcəyə əlavə olunan 300 milyon manat təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, fövqəladə halların qarşısının alınması məqsədilə xüsusi təyinatlı texnikanın alınması, Bakı şəhərində sürüşmə zonalarında bərkitmə işlərinə yönəldiləcək.

Bundan əlavə, 200 milyon manat sovet dövründən qalan əmanətlərin qaytarılması üçün nəzərdə tutulur. Həmçinin, 95 milyon manat Bakı və rayonlarda infrastrukturun inkişafına, 45 milyon manat isə təhlükəsizlik və hərbi quruculuğun gücləndirilməsinə yönəldiləcək.

690 MİLYON HARADAN GƏLİR?

Maliyyə naziri Samir Şərifov deyib ki, büdcəyə əlavə olunan 600 milyon manat əlavə vergi daxilolmaları hesabına təmin ediləcək. Yerdə qalan 90 milyon manat isə 2012-ci il dövlət büdcəsinin bəzi xərclərinin azaldılması və bəzi xərclərin strukturunun təkmilləşdirilməsi hesabına əldə olunacaq.

NEFTİN QİYMƏTİ ARTIR VƏ...

İqtisadçı-ekspert Azər Mehdiyev isə deyir ki, əslində son illər Azərbaycanda ilin ortasında büdcəyə dəyişikliklər edilməsi bir ənənə halını alıb. Bu da dünya bazarda neftin qiymətinin dəyişməsi ilə bağlıdır. Yəni, büdcə planlaşdırılarkən neftin qiyməti bir qədər aşağı götürülür. Amma sonradan neftin qiyməti yüksək olduğuna görə əlavə gəlirlər formalaşır və ilin ortasında büdcədə dəyişikliklər edilməsi zərurəti yaranır.

Azər Mehdiyev

Azər Mehdiyev

Maliyyə naziri büdcəyə 600 milyon manatın neft gəlirləri deyil, məhz vergi daxilolmaları hesabına əlavə ediləcəyini deyir. Azər Mehdiyev isə bildirir ki, həmin vergi daxilolmaları da elə neftlə bağlı sahələrdəndir:

PUL NƏYƏ XƏRCLƏNİR?

«Söhbət mənfəət vergisinin artımından gedir. Bu, birbaşa neftlə bağlıdır. Əlavə Dəyər Vergisinin artımından gedir, bu da birbaşa neftlə bağlıdır. Eləcə də fiziki şəxslərin gəlir vergisinin artırılması nəzərdə tutulur. Demək olar ki, bu vergilərin əsas hissəsi birbaşa neftlə və neftin məhz qiymətinin yüksək olması ilə bağlı əldə olunan gəlirlərdir».

Azər Mehdiyev Maliyyə nazirinin büdcəyə əlavə edilən 690 milyon manatın hansı istiqamətə, nə qədər yönəldiləcəyi barədə dediklərini də yarımçıq məlumat sayır. O hesab edir ki, bu vəsaitlərin xərclənməsi detallı şəkildə açıqlanmalı və bu barədə cəmiyyətə məlumat verilməlidir. Yəni, konkret olaraq bilinməlidir ki, pul nəyə xərclənir. Məsələn, xüsusi təyinatlı texnikaya ayrılan vəsaitə nələr alınacaq? Bu məlumat verilmirsə, onda təbii olaraq ayrılan vəsaitin necə xərclənməsinə şübhə yaranacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG