Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

Dünyaca məşhur iki roman - Azərbaycan dilində!


Məşhur italyan yazıçısı Umberto Ekonun "Qızılgülün adı" romanı Azərbaycan dilində çap edildi.

Samir Bulutun ruscadan çevirdiyi və "Qanun" nəşriyyatında çap edilən roman intellektual postmodernizmin və XX əsr ro­mançılığının ən parlaq nümunələrindən biri, Umberto Eco ya­radıcılığının kulminasiyasıdır.

Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 ildən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir. Azərbaycanda postmodern ədəbiyyat mövzusunda qız­ğın müza­kirələr təxminən iyirmi ildir ki, gedir. Postmodern ədəbiyyatın ağır ar­tilleriyası olan “Qızılgülün adı” romanı isə azər­baycandilli oxu­culara ana dilimizdə yalnız indi təqdim olu­nur.

"Qanun" nəşriyyatının “Klassiklər” seriyasında da daha bir kitab işıq üzü gördü: Erix Mariya Remarkın "Qərb cəbhəsində yenilik yoxdur" romanı.

Bu kitab Azərbaycan dilində ilk dəfə nəşr olunur.

“Klassiklər” seriyası “Əli və Nino” və “Qanun nəşriyyatı”nın birgə layihəsidir.

Burada birinci dünya müharibəsi tarixindən, gənc əs­gə­rin dü­şün­cələrindən bəhs olunur. 19 yaşlı Paul Boy­mer özü də bil­mə­dən mək­təb­dən birbaşa cəbhəyə gəlir. O, cəb­hədə gözlədiyi müharibə həyə­canı və ma­­cəraları əvə­zi­nə qır­ğının amansızlığını və dostlarının dəh­şətli ağ­­rı­la­rı­nın şa­hidi olur.

İllər boyudur müx­təlif sa­tış rekordları vu­ran bu ki­­tab­da Remark birinci dünya mü­ha­ri­bəsinin dəh­şət­lərini can­­lı və hər kəs üçün anla­şıq­lı dillə təsvir edib.

Alman dilindən tərcümə: Pərvanə Məmmədova

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG