Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:53

Marina Tsvetaeva və Boris Pasternak bir skamyada heykəl oldular


Zurab Tsereteli Marina Tsvetaeva'nın heykəlini təqdim edir

Zurab Tsereteli Marina Tsvetaeva'nın heykəlini təqdim edir

Mayın 28-də Moskvada Marina Tsvetaeva''nın heykəlinin təqdimatı olub.

Xəbəri «İnterfaks» yayıb.

Heykəlin müəllifi tanınmış heykəltəraş Zurab Tsereteli'dir.

Heykəltəraş adıçəkilən agentliyə deyib ki, əslində o, diptix –yəni iki heykəl yaradıb.

İki məşhur şair— Marina TsvetaevaBoris Pasternak skamyada oturduqları vəziyyətdə təsvir olunub.

Tsvetaeva əlində qızılgül tutub. Yanında—skamyanın üstündə isə kitablar düzülüb.

Skamyada oturan Pasterna'kın üzü Tsvetaeva'ya tərəfdir.

Zurab Tsereteli söyləyib ki, ikili abidə yaratmaq ideyası bu iki tanınmış şairin bir-birinə yazdığı məktubları oxuyandan sonra yaranıb.

2 metr hündürlüyündə olan bürünc abidə çayın sahilində, ən yüksəklikdə qoyulacaq.

Abidənin Fransada-- Sen Ji-Krya-de-Vi kurort şəhərində qoyulacağı bildirilir.

Bu şəhər rus və fransız mədəniyyətinin dialoqunun simvolu kimi tanınır.

Marina Tsvetaeva 1926-cı ilin yayını burada dincəlibmiş.

Monumenti Tsereteli'yə Fransa tərəfi sifariş edib.

Sifarişçi tərəf şəhərdə «Rus klassikləri xiyabanı» salmaq fikrindədir.

Güman edilir ki, bu xiyabanda Aleksandr Solzhenitsyn, Dmitri Shostakovich, Mstislav Rostropovich, Vladimir Vysotsky və Joseph Brodsky'nin heykəlləri olacaq.

Məşhur heykəltəraş Zurab Tsereteli'nin yaratdığı əsərlər bütün dünyanı bəzəyir.

İki il öncə heykəltəraş Fransanın ən yüksək mükafatına--Fəxri Legion Ordeninə layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG