Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:14

PKK İğdırda 2-i Naxçıvan sakini olmaqla 13 nəfəri qaçırıb


Arxiv foto: İraqdakı PKK yaraqlıları.
Arxiv foto: İraqdakı PKK yaraqlıları.
-



Mayın 28-də axşam saatlarında Türkiyənin Iğdır valiliyi PKK terror təşkilatının 13 nəfəri qaçırdığını elan edib. Onlardan iki nəfəri də Naxçıvan sakinləri olub.

Rəsmi məlumatda deyilir ki, qaçırılan adamlar Ağrı Dağı Korhan Yaylasında bir tikintidə çalışırlarmış. PKK-lılar onların istifadə etdikləri maşını yandırıblar.

Az sonra Naxçıvan vətəndaşları və Iğdır sakinlərindən biri azad edilib. Qalan 10 nəfər isə naməlum istiqamətə aparılıb.

Türkiyə hüquq-mühafizə orqanları girovların azad edilməsi üçün əməliyyata başlayıb.

Türkiyənin şərq ərazilərinə iddia edən Kürd İşçi Partiyası - PKK on illərdir Türkiyədə terror aktları ilə tanınır. ABŞ bu təşkilatı terrorçu qurum kimi tanıyıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG