Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

«Avropa sizi izləyir» – «Eurovision» həftəsi tənqid təkcə alman satirikdən gəldi


Fanlar Eurovision-un finalını Bakı bulvarında izləyir

Fanlar Eurovision-un finalını Bakı bulvarında izləyir

«Azərbaycanda uzun müddətdir insan haqlarının pozulmasına baxmayaraq, «Eurovision» mahnı müsabiqəsi keçirilən həftə bu ölkədəki pozuntular demək olar ki, pislənilmədi».

HAKİMİYYƏTƏ ZƏRİF ÖRTÜKLÜ HÜCUM

Bunu Böyük Britaniyada çıxan «The Independent» qəzeti yazır. Qəzetin yazdığına görə, yalnız bir moderator ssenaridən kənara çıxmağa cəsarət edib, Azərbaycanda daha böyük demokratik hüquqlar uğrunda kampaniya aparıb həbsə atılmaq təhlükəsi ilə üzləşənlər barədə danışıb.

Alman satirik Anke Engelke efirdən istifadə edərək Azərbaycanda demokratik dəyərləri ustalıqla tənqid edib. O, Bakıda «Eurovision» tədbirinin ev sahiblərinə təşəkkür edib:

«Bu gecə heç kəs öz ölkəsinə səs verə bilməyib. Ancaq səs vermək imkanı yaxşıdır və seçimi olmaq yaxşıdır. Bu yolda uğurlar, Azərbaycan, Avropa səni izləyir».

The Independent yazır ki, Anke Engelkenin qeydləri ölkənin siyasi sisteminə zərif örtüklü hücum idi. Azərbaycan hazırkı prezident İlham Əliyevin atası Heydər Əliyevdən bəri bircə dəfə də olsun rəqabətli seçki keçirməyib. Heydər Əliyev ölkənin birinci prezidentinə qarşı çevrilişdən sonra – 1993-cü ildə hakimiyyətə gəlib.

NORVEÇLİ SATİRİK LÜT SOYUNDURULUB?

Azərbaycandakı müxalifət qrupları ümid edirdilər ki, «Eurovision» müsabiqəsi ölkə liderlərini daha böyük demokratiya və islahatlara sövq edəcək. Ötən il Ərəb Baharı üslubunda olan etirazlar yatırılmışdı. Ancaq gözləntilər doğrulmadı. Müsabiqə müxalifət tərəfdarları, jurnalistlər, hökumət tənqidçilərinə qarşı daha böyük hücumlara və həbslərə səbəb oldu.

Müsabiqə dövründə xarici mediaya senzurasız yayım hüquqları verildi – yerli media isə bu imtiyazdan yararlana bilmədi. Ancaq ötən gecə yayılmış xəbərlərə görə, Norveçdə tanınmış satirik proqram müəllifi Amir Asgharnejad Bakı aeroportunda vətəninə dönərkən sorğu-sual olunub, bu məqsədlə lüt soyundurulub.

Satirikin dediyinə görə, onun komandasının çəkdiyi video polisin xoşuna gəlməyib.

Bunları «The Independent» yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG