Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:03
«Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qətnaməni pisləyirəm». Bunu Milli Məclisin spikeri Oqtay Əsədov mayın 29-da keçirilən iclasda deyib.

Spiker bildirib ki, Azərbaycan nə qədər əməkdaşlıq etməyə can atsa da, qarşılığını görmür: «Nə qədər can atsaq da, əks-təsir görürük».

Onun sözlərinə görə, «Evronest»in Bakıdakı iclasını yüksək səviyyədə təşkil etmələrinə baxmayaraq, Avropa Birliyi parlamentində belə bir qətnamə anlaşılan deyil. Oqtay Əsədov hesab edir ki, anti-Azərbaycan kampaniyası başlayıb. O, deputatları bu qətnaməyə münasibət bildirməyə çağırıb.

Deputat Azay Quliyev qətnamə mətnində prezident İlham Əliyevin adının çəkilməsini «qərəzli yanaşma» kimi qiymətləndirib.

Avropa parlamentinin qətnaməsini erməni lobbisinin fəaliyyətinin nəticəsi kimi şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da təklif edib ki, Avropa strukturları ilə münasibətlər yenidən nəzərdən keçirilsin.

Onun sözlərinə görə, erməni lobbisi hərəkətə keçib, Azərbaycanda insan haqlarının pozulmasını iddia edərək ölkənin daxili işlərinə qarışmaq istəyir.

Müzakirələrə qoşulan Elm və təhsil komitəsinin üzvü Əli Əhmədov bildirib ki, bir parlament olaraq bu qətnaməyə qarşı kəskin mövqe ortaya qoyulmalıdır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib ki, qətnaməyə səs verən Avropa Parlamentinin 56 deputatı «siyasi korrupsiyaya» uğrayıb.

Milli Məclisdə Avropa Parlamentinin 24 may qətnaməsi ilə bağlı qərar hazırlamaq üçün işçi qrup yaradılıb. Qrupa parlamentin vitse-prezidenti Bahar Muradova rəhbrlik edir.

Avropa Parlamenti mayın 24-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul edib. Qətnamədə Azərbaycan hökuməti ifadə və birləşmə azadlığının məhdudlaşdırılması üçün tətbiq etdiyi bütün addımları dərhal dayandırmağa çağırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG