Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:32

«Demirçi Development» MMC-yə 22 milyon dollar kredit ayrılıb


Qara Dəniz Ticarət və İnkişaf Bankı «AQA» şirkətlər qrupunun üzvü olan «Demirçi Development» MMC-yə 22 milyon dollar kredit ayırıb. 7 illiyinə ayrılan bu kredit 25 mərtəbəli binanın, 30 mərtəbəli avtodayanacağın tikilməsinə sərf olunacaq.

Mayın 29-da imzalama mərasimində bildirilib ki, bu layihə Bakıda ofis və dayanacaq probleminin həllinə kömək edəcək. 2010-cu ildə başlamış tikintinin 2013-cü ildə bitəcəyi gözlənir.

«AQA» şirkətlər qrupu 2000-2010-cu illərdə «Silkway Business Center», «Caspian plaza», «Old Caspian Business Center» və «AGA Center» iş mərkəzlərini tikib.

Qara Dəniz Ticarət və İnkişaf Bankı Albaniya, Azərbaycan, Türkiyə, Ukrayna, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya və Rusiya tərəfindən yaradılıb. Nizamnamə kapitalı 3 milyard avrodur.

Günün bütün mövzuları

XS
SM
MD
LG