Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Vaqif Əsədov: «Tıxac probleminin olmaması göstərdi ki, hər şey bizim öz əlimizdədir»


«Yol polisi Bakıda gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir».

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. O, qeyd edib ki, hələlik Bakıya yük maşınlarının girişinə qoyulmuş qadağa götürülməyib: «Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və bu proses iyunun 1-ə kimi davam edəcək».

V. Əsədov, Bakıda «Eurovision-2012» mahnı müsabiqəsinin keçirildiyi dövrdə yollarda tıxac probleminin olmamasına da münasibət bildirib:

«Mahnı müsabiqəsinin keçirildiyi dövrdə Bakıda 700-dən çox yol polisi xidmətə cəlb edilmişdi. Yol polisi bütün yollarda sürücülərə nəzarət edirdi. Hər kəs də gördü ki, həmin dövrdə tıxac problemi yaşanmadı. Deməli, hər şey öz əlimizdədir və bu problemi həll etmək mümkündür. Bütün sürücüləri də nəzarətdə saxlamaq olmur. Sürücüləri nəzarətsiz buraxan kimi tıxac problemi yenidən yaranır. Ona görə də sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıram. Hər kəs buna əməl etsə, tıxac problemi də olmaz».

Günün bütün mövzuları

XS
SM
MD
LG