Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

BMT təmsilçisi Bashar al-Assadla görüşəcək



Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan mayın 29-da prezident Bashar al-Assadla görüşməyi planlaşdırır. Görüşdə məqsəd Annanın sülh planını qorumağa yenidən cəhddir.

Dəməşqdə danışıqlar aparılan zaman mərkəzi Houla şəhərində xüsusilə də uşaqlar və qadınlar daxil olmaqla ən azı 108 nəfər öldürülüb. Annan mayın 28-də Suriyaya gedib, baş vermiş qırğını dərin nəticələri olan dəhşətli an adlandırıb. O bildirib ki, bu qırğının səbəbkarları məsuliyyətə cəlb olunmalıdırlar. Bununla yanaşı, Annan “əli silahlı” hər kəsi çağırıb ki, 15 aydır davam edən zorakılığa zon verilməsi üçün onun 6 maddədən ibarət sülh planına əməl etsin.


BMT Təhlükəsizlik Şurası Houla şəhərində baş verənlərdə hakimiyyəti artilleriya və tanklardan istifadə etməkdə ittiham edir.

Rəsmi Dəməşq isə baş verən qətliamda müxalif fəalları günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG