Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:25

BMT nümayəndəsi Bashar al-Assadla görüşməyi planlaşdırır


Dəməşqə gəlməzdən əvvəl Kofi Annan bəyanat verir - 28 May

Dəməşqə gəlməzdən əvvəl Kofi Annan bəyanat verir - 28 May

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan mayın 29-da prezident Bashar al-Assadla görüşməyi planlaşdırır. Görüşdə məqsəd Annanın sülh planına əməl olunmasına nail olmaqdır.

Dəməşqdə danışıqlar aparılan zaman mərkəzi Houla şəhərində uşaqlar və qadınlar daxil olmaqla azı 108 nəfər öldürülüb.

Annan mayın 28-də Suriyaya gedib, baş vermiş qırğını «dərin nəticələri olan dəhşətli an» adlandırıb. O bildirib ki, bu qırğının səbəbkarları məsuliyyətə cəlb olunmalıdırlar.

Bununla yanaşı, Annan «əli silahlı» hər kəsi 15 aydır davam edən zorakılığa son qoyulması üçün onun 6 maddədən ibarət sülh planına əməl etməyə çağırıb.

BMT Təhlükəsizlik Şurası Houla şəhərində baş verənlərdə hakimiyyəti artilleriya və tanklardan istifadədə ittiham edir.

Rəsmi Dəməşq isə baş verən qətliamda müxalif fəalları günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG