Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yaxınlığında etiraz aksiyası olub


Mayın 27-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binası yaxınlığında etiraz aksiyası keçirilib.

APA-nın məlumata görə, piket Türkiyədə fəaliyyət göstərən İrana bağlı təşkilat və şəxslər tərəfindən təşkil edilib. Əllərində Azərbaycan Respublikasının əleyhinə plakatlar və İranın ali din i lideri ayətullah Xamneyinin fotolarını tutan aksiya iştirakçıları yerli vaxtla saat 15:00-da metronun «Levent» stansiyası qarşısında toplaşaraq buradan Azərbaycan konsulluğuna doğru yürüş keçiriblər. «Rəhbərə can fəda olsun!», «Məhv olsun İsrail!», «Məhv olsun Amerika!» kimi şüarların da səsləndirildiyi piketdə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun azadlığa buraxılması tələb edilib.

Təhlükəsizliyi təmin etmək üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun qarşısında çox sayda polis qüvvələri cəlb olunub və nümayişçilərin konsulluğun binasına yaxınlaşmasına icazə verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG