Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:32

Tbilisidə çoxminlik mitinq keçirilir


Mayın 27-də Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində müxalifət lideri Bidzina İvanişvilinin rəhbərlik etdiyi «Gürcüstan arzusu» siyasi koalisiyasının mitinqi başlayıb.
Aksiya icazəlidir.

Koalisiya bununla seçkiqabağı kampaniyaya başladığını bəyan edib.

Tbilisinin mərkəzindəki “Azadlıq” meydanında keçirilən mitinqdə 10 minlərlə adam iştirak edir.

Parlamentin keçmiş sədri Nino Burcanadze də onların arasındadır.

Müxalifət prezident Mixeil Saakaşvilini avtoritar rejim yaratmaqda ittiham edir.

Bəziləri isə hesab edir ki, o 2013-cü ildə ikinci prezidentlik müddəti bitdikdən sonra baş nazir ola bilər.

Bu 2009-cu ildən bu yana Gürcüstanda keçirilən ən böyük mitinq hesab olunur.

Amma ictimai rəy sorğuları hazırda hakim partiyanın nüfuzunun daha çox olduğunu göstərir.

Gürcüstanın ədliyyə nazirliyi prezidentliyə iddiaçı olan iş adamə Bidzina İvanişviliyə vətəndaşlıq verməkdən imtina edir.

Belə halda ötən il prezident Mixeil Saakaşviliyə qarşı müxalifətə keçən milyardçı bu ölkədə keçiriləcək prezident və parlament seçkilərində iştirak edə bilməyəcək.

İvanişvili Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır.
XS
SM
MD
LG