Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

Xarici İşlər Nazirliyinin sözçüsü «Eurovision» barədə...


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev
-
««Eurovision» kimi möhtəşəm bir tədbirin keçirilməsi ilk növbədə onu göstərir ki, Azərbaycan ciddi bir ölkədir. Azərbaycan öz mədəniyyətini dünya ictimaiyyətinə göstərməyə qadir olan bir ölkədir».
Bunu AzadlıqRadiosuna müsahibəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlayıb.
Onun fikrincə, bu mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyasına bariz nümunədir:
«Burda avropalıların Azərbaycana gəlməyindən, azərbaycanlıların avropalılarla təmas əldə etməsindən, azərbaycanlıların öz mədəniyyətini, tarixini, mətbəxini nümayiş etdirməsindən söhbət gedir. Bu tədbir bizə çox fürsətlər yaratdı. Azərbaycan turizmi inkişaf etdirmək istəyən bir ölkədir. Bu qədər əcnəbinin Azərbaycana gəlməsi onların sonradan Azərbaycan haqqında öz ölkələrində davamlı şəkildə danışmasına aparıb çıxaracaq».
Nazirlik rəsmisi bildirir ki, bu beynəlxalq tədbirə ev sahibliyi etmək Azərbaycana böyük fürsət verib:
«Azərbaycan mədəniyyəti onu göstərdi ki, biz heç də avropalılardan geri qalmırıq, əksinə bizim mədəniyyətimizlə, cəmiyyətimizlə, tariximizlə bağlı dünyaya göstərməyə çox məsələlər var. Bu çox sevindirici haldır ki, xaricilər azərbaycanlıları qonaqpərvər, gülərüz, açıq kimi qələmə verirdilər. «Eurovision- 2012» Azərbaycanın dünyaya açıq olduğunu bir daha nümayiş etdirdi. Biz dünyaya açıqıq, biz qapalı bir cəmiyyət deyilik, ən önəmlisi çoxmədəniyyətliliyimizlə fəxr edən bir cəmiyyətik».
Bakıda keçirilən «Eurovision» yarışmasında «Euphoria» mahnısı ilə İsveç müğənnisi Loreen qələbə qazanıb.

«Eurovision-2012» mahnı yarışmasının yarımfinalı mayın 23-24-də, finalı isə mayın 26-da Bakıda keçirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG