Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

«Nəqliyyat «Eurovision-2012»-də öhdəliyini layiqincə yerinə yetirib»


Azərbaycan. Bakı

Azərbaycan. Bakı

«Azərbaycanın nəqliyyat sistemi «Eurovision-2012» mahnı müsabiqəsi zamanı üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib».

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Katibliyinin rəhbəri Namiq Həsənov bildirib.

Həsənov bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Bakı Beynəlxalq Avtovağzalı turistlərin və qonaqların yüksək səviyyədə daşınmasını təmin edib.

Məlumata görə, «Eurovision 2012» ilə bağlı ayrılan nəqliyyat vasitələrinin idarə edilməsinə 178 sürücü cəlb olunub, sürücülər təlimatlandırılıb və akkreditasiyadan keçib.

Tədbirə 154 avtobus, 50 mikroavtobus, 60 BMW, 1700 taksi (o cümlədən 1000 ədəd London taksisi), 5 yük nəqliyyat vasitəsi cəlb edildiyi deyilir.

«Eurovision-2012» mahnı yarışmasının yarımfinalı mayın 23-24-də, finalı isə mayın 26-da Bakıda keçirilib. Müsabiqədə birinciliyi İsveç təmsilcisi Loreen qazanıb.


HƏMÇİNİN OXU:

Əli Həsənov: «Azərbaycanın ünvanına səslənən tənqidlər sifarişli xarakter daşıyır»
«Eurovision 2012» qalibi Loreen: «Rəqsimin mənası «Azadlıq» demək idi»
İTV senzura edir?
The Economist: «Eurovision Azərbaycana dəyişiklik gətirmədi»

Şərhləri göstər

XS
SM
MD
LG