Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:22

“Nəqliyyat “Eurovision-2012”-də öhdəliyini layiqincə yerinə yetirib”


“Azərbaycanın nəqliyyat sistemi “Eurovision-2012” mahnı müsabiqəsi zamanı üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib”. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Katibliyinin rəhbəri Namiq Həsənov bildirib.

Həsənov bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Bakı Beynəlxalq Avtovağzalı turistlərin və qonaqların yüksək səviyyədə daşınmasını təmin edib.

“Eurovision 2012” ilə bağlı ayrılan nəqliyyat vasitələrinin idarə edilməsinə 178 sürücü cəlb olunub, sürücülər təlimatlandırılıb və akkreditasiyadan keçib, nəqliyyat vasitələri isə xüsusi texniki baxışdan keçirilib.

Tədbirə 154 avtobus, 50 mikroavtobus, 60 BMW, 1700 taksi (o cümlədən 1000 ədəd London taksisi), 5 yük nəqliyyat vasitəsi cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG