Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

Roma papasının xidmətçisi həbs edilib


Roma papası XVI Benediktin şəxsi xidmətçisi Paolo Gabriele həbs edilib.

BBC və digər agentliklərin məlumatına görə, o mətbuata məxfi informasiyaların sızmasında itiham olunur.

Vatikanın nümayəndəsi onun Vatikandakı evində həbs edildiyini və axtarış zamanı məxfi sənədlər aşkar edildiyini deyir.

Jurnalistlərin əlinə keçmiş sənədlərdə söhbət ilk növbədə Vatikanda korrupsiya və hakimiyyət uğrunda mübarizədən gedir.

Roma papasının göstərişi ilə bu ilin aprelində informasiyaların sızdığı mənbəni aşkar etmək üçün xüsusi komissiya yaradılıb.

İtaliya mətbuatı yazır ki, əgər o günahkar bilinsə 30 azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG