Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:04

Türkiyədən daha bir komandan Azərbaycana səfər edəcək


Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı, vitse-admiral Serdar Dülger Azərbaycana səfər edəcək.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, səfər iyunun 19-22-də baş tutacaq.

Bu, vitse-admiral S.Dülgerin Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Buna qədər - iyunun 5-dən 8-dək Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlu, iyunun 10-dan 13-dək isə Jandarma Baş Komandanı, ordu generalı Bakir Kalyoncu Azərbaycanda səfərdə olacaqlar.
XS
SM
MD
LG