Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

İran Beynəlxalq Atom Enerjisi Agentliyinə izahat verib


İran hakimiyyəti deyir ki, ölkənin nüvə obyektlərindən birində aşkar edilmiş zənginləşdirilmiş uran izi texniki problemdən əmələ gəlib.

Məlumatı İRNA agentliyi yayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi bundan əvvəl İranın Qum şəhəri yaxınlığındakı nüvə obyektində 27 faizədək zənginləşdirilmiş uran izləri aşkar edildiyini bəyan etmişdi.

Ekspertlər hesab edir ki, İranın izahatı həqiqətə uyğundur, amma vəziyyət hərtərəfli araşdırılmalıdır.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir, üvə proqramının dinc məqsədli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG