Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:30

Naməlum şəxslər AXCP-çi qadının evinə girmək istəyiblər


«Mayın 26-da AXCP üzvü, İctimai Palatanın aksiyalarının fəal iştirakşılarından Kəmalə Bənənyarlının (Xəlilova) evinə naməlum şəxslər gəlib».

Bu haqda məlumatı AzadlıqRadiosuna AXCP-dən veriblər. Məlumatda deyilir ki, özünü təqdim etməyən mülki geyimli bir neçə nəfər Kəmalə Bənənyarlının yaşadığı mənzilə gələrək qapını açmağı tələb ediblər. Bu zaman həyətdə onları başqa şəxslər də gözləyib.
Həmin şəxslər Kəmalə Bənənyarlı ilə bir məsələni müzakirə etməli və evinə baxış keçirməli olduqlarını deyiblər. Ancaq bunun üçün heç bir sənəd təqdim etməyiblər. AXCP üzvü vəkilini çağıracağını dedikdən sonra naməlum şəxslər oranı tərk ediblər.

Hələlik Daxili İşlər Nazirliyindən hadisəyə münasibət öyrənmək cəhdlərimiz alınmayıb.

Mayın 22, 24-də İctimai Palata etiraz aksiyaları, mayın 25-də isə Xalq Gəzintisi keçirmək istəyib. Amma polis buna imkan verməyib. Mayın 25-də çox sayda saxlanan var.

Hazırda AXCP sədri Əli Kərimli də polis idarəsində ifadə verir. Bu gecə onun da qapısını naməlum şəxslər döyüb. Sonradan Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin şəxslər polis əməkdaşları olub və Əli Kərimliyə çağırış vərəqəsi vermək üçün gəliblərmiş.
XS
SM
MD
LG