Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:07

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri artacaq


Azərbaycan Dövlət Neft Fondunun gəlirləri bu il nəzərdə tutulandan 3,625 mlrd. manat çox olacaq.

APA-nın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifovun sözlərinə görə, nəticədə Azərbaycanın icmal büdcəsi 19,9% artırılacaq, beləliklə əvvəl kəsrlə olan icmal büdcəsində 938 mln. manat həcmində profisit yaranacaq.

Neft Fondunun qəbul edilən büdcəsinə uyğun olaraq onun gəlirləri 10 697 030,6 min manat həcmində nəzərdə tutulsa da, hazırda bu göstəricinin 14,322 mlrd. manata çatması gözlənilir.

Fondun gəlirlərinin artması səbəbləri barədə danışan maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bunun səbəbi dünya bazarlarında neftin qiymətinin Fondun büdcəsində baza qiymətindən daha yüksək olmasıdır.

Baza qiyməti 1 barelə görə 80 dollar götürülübsə ilin əvvəlindən Azeri Light markalı neftin 1 barelinin qiyməti 115-125 dollar qiymət dəhlizində olub. Həmçinin A. Bayramovun sözlərinə görə, ümumilikdə ölkənin dövlət büdcəsi üzrə də neftin baza qiyməti də 80 dollardan 100 dollara qədər qaldırılıb.
XS
SM
MD
LG