Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

ABŞ Əfqanıstana gələcəkdə də kömək edəcək


Əfqanıstan parlamentinin aşağı palatası Kabillə Vaşinqton arasındakı strateji tərədaşlıq razılaşmasını təsdiqləyib.

ABŞ prezidenti Barack Obama ilə Əfqanıstan prezidenti Hamid Karzai mayın 2-də Kabildə belə bir razılaşma imzalamışdılar.

Sənəddə beynəlxalq qüvvələrin 2014-cü ildə Əfqanıstanı tərk etməsindən sonra, ABŞ-ın bu ölkədə hərbi iştirakının uzadılması nəzərdə tutulur.

Parlamentin aşağı palatasında keçirilmiş səsvermədə demək olar ki, əksəriyyət sənədin lehinə səs verib.

İndi söz yuxarı palatanındır.

Söhbət əsasən yerli təhlükəsizlik qüvvələrinə təlim keçilməsi və müxtəlif humanitar proqramlar da daxil olmaqla gələcəkdə Əfqanıstana köməyin davam etdirilməsindən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG