Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:51

Maştağalılar «Eurovision»da kimə azarkeşlik edir?


- Səbuhi Kərimov

Səbuhi Kərimov

- Maştağa camaatı «Eurovision»da kimə azarkeşlik edir?

- Hələ ki bizim «rus nənələri»ndən («Buranovskiye babuşki») xoşumuz gəlir.

- Niyə məhz «nənələr»?

- O cür qoca arvadlardır, necə «dvijeniyalar» edirlər. Halaldır onlara...

«HEÇ BİRİNƏ «BALET» ELƏMİRƏM, QUŞLARIMA BAXIRAM»

Bakının Maştağa qəsəbəsində ilk fikirlərini öyrəndiyim Səbuhi Kərimovdan fərqli olaraq, hələ orta məktəbdə oxuyan Hümbət Səlimov yarışma - filan izləmədiyini deyir. Deyir başı həyətdə saxladığı göyərçinlərinə qarışıb:

«Nəyimə lazımdır ey «Eurovision», heç birinə «balet» eləmirəm, çıxmışam quşlarıma baxıram. Heç bilmirəm saat neçədə başlayır, neçədə bitir».

MAŞTAĞA AĞSAQQALLARINDAN İSVEÇ SƏFİRLİYİNƏ MESAJ

Qəsəbənin yaşlı adamları nəinki mahnı yarışmasını izləyirlər, hətta müxalifətçilərin keçirdiyi etiraz aksiyalarından, müxalifət liderlərinin verdiyi açıqlamalardan yaxşı xəbərdar olduqlarını bildirdilər. Hələ İsveçin Bakıdakı səfirliyinə bir mesaj da göndərdilər. (Bu günlərdə İsveç səfirliyində keçirilən tədbirdə müxalifət liderləri də iştirak etmişdi - M.Ç.). Dedilər gəmidə oturub, gəmiçi ilə dava edən səfiri Azərbaycan hökuməti bir balaca sıxsa, yaxşı olar:

«Konsulluğu, səfirliyi bir balaca sıxmaq lazımdır ki, o adamları niyə yanına yığmısan. Ona demək lazımdır ki, özünü yığışdır ha…».

AĞSAQQALLARIN ZÖVQÜ

Qəsəbə ağsaqqalı Arif Nəbiyevin isə yarışmada oxunan mahnılardan tutmuş müğənnilərin geyiminə qədər bir çox məsələlərə öz yanaşması var:

Azərbaycan təmsilçisi Səbinə Babayeva

Azərbaycan təmsilçisi Səbinə Babayeva

«Elə bir zaman gəlib ki, biz hər şeyə uyğunlaşmalıyıq, müasirləşməliyik. O vaxt mənim nənəm də daxil olmaqla qadınlarımız çadra örtərdilər. İndi çadra yoxdur, o vaxt qızlar oxumurdu, indi maşallah qızlarımız oxuyur».

Qəsəbə ağsaqqallarından kimə azarkeşlik etdiyini soruşanda, məlum oldu ki, onların favoriti Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə Türkiyə təmsilçisi Can Bonomo’dur. Həmsöhbətlərim bu məsələdə «bir millət iki dövlət» məsələsinin də az rol oynamadığını dedilər.

«BREJNEV DEMİŞKƏN, «ÇÖRƏK OLSA, MAHNI DA OLAR»»

Maştağada Leonid Brejnevin «Çörək olsa, mahnı da olar» deyimi də aktualdır.

– Hərə öz problemi ilə əlləşir. İmkansızlıqdır.

- Heç «Eurovision»a bilet almağa cəhd etdinizmi?

- Biz onu fikirləşmirik axı. Fikirləşirik ki, ailəmizi necə dolandıraq. Ora xərclədiyimiz pulu övladımız üçün xərcləyərik. Az pul deyil, 50-100 manat arası puldur. Məni daha çox övladım maraqlandır ki, ona yemək, paltar baxımından hansısa qeyri-adi bir şey hazırlayım.

HƏYƏCANLI QƏSƏBƏ SAKİNİNİN PROQNOZU

Məktəblilər

Məktəblilər

Qəsəbədəki mağazalardan birində çalışan Hacı Nizami mahnı yarışmasının Azərbaycanda keçirilməsindən çox məmnundur. Deyir hər gün yarışmanın yarısında yuxuya getsə də, ölkənin tanınması üçün belə tədbirlər misilsizdir. Kimin qalib gəlməsi məsələsində isə Hacı Nizaminin yalnız bir variantı var:

«Adə, əlbəttə biz, çünki Azərbaycan bu saat inkişafdadır. Allah prezidentə can sağlığı versin, idmana o qədər yer verib ki, doğrudan da biz qalib gələcəyik. O qədər həyəcanlanıram ki, danışa da bilmirəm, doğrudan da biz qalib gələcəyik».

«CAN BONOMO QƏRİBƏ OXUYUR EY...»

Qəsəbədəki Heydər Əliyev parkında rastlaşdığım məktəblilər də Azərbaycanla Türkiyəni qalib görmək istəyirlər. Amma şouya baxmaq məsələsinə gələndə, deyirlər kimə gəldi baxırıq. 5-ci sinif şagirdi Sabir Əzizov deyir ki, türkiyəli müğənni yaxşıdır, amma bir balaca əmması var:

– Bir az belə qəribə oxuyur ey, elə bil özünü ölülüyə vurur. Biz Azərbaycanı dəstəkləyirik. Qabaq Eldarla Nigar idi, indi də Eldarla Səbinədir.

- Bəs Səbinənin oxuduğu mahnını bilirsənmi?

- Səbinənin mahnısı bir az qəlizdir, yadımızda qalmayıb... İndiki mahnını yox, Eldarla Nigarın oxuduğunu bilirəm.

Mahmud Əbilov

Mahmud Əbilov

Mahnıdan bir az oxuyur...

«Ooo... Come to me...»

Mahnını başa çatdırandan sonra həmsöhbətlərim bir daha Azərbaycana uğurlar arzuladılar.

– Azər-bay-can, Azər-bay-can!

«LAZIM GƏLSƏ...»

80-ə yaxın yaşı olan Maştağa sakini Mahmud Əbilov da «Eurovision 2012» mahnı yarışmasında Azərbaycanı şanslı sayır. Rusiyalı nənələrin də pis oxumadığını deyən həmsöhbətim onu da bildirdi ki, lazım gəlsə, o, bütün yarışmaçılardan yaxşı oxuya bilər.

Amma AzadlıqRadiosu üçün oxumağını istəsək də, o, indi oxuya bilməyəcəyini dedi:

– Lazım olsa oxuyaram.

– İndi bizim üçün oxuya bilərsinizmi?

– Yox oxuya bilmərəm (özü və ətrafdakılar gülür)

Şərhləri göstər

XS
SM
MD
LG