Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:10

Kabildə Fransa və Əfqanıstan prezidentlərinin görüşü olub


Fransa prezidenti Francois Hollande Əfqanıstana gözlənilməz səfər edib.

O Kapisa əyalətindəki hərbi bazada Fransa əsgərlərilə görüşüb və bildirib ki, ilin sonunadək Fransa ordusunu Əfqanıstandandan çıxarmaq fikrindədir.

Bu nəzərdə tutulduğundan 2 il tezdir.

Amma Hollande qeyd edib ki, bu məsələ öncə Natodakı müttəfiqlərlə razılaşdırılmalıdır.

O səfər zamanı həmçinin Əfqanıstan prezidenti Hamid Karzai ilə görüşüb.

Hollande bildirib ki, Fransa təhsil və iqtisadi layihələr də daxil olmaqla Əfqanıstana köməyi davam etdirəcək.

O qeyd edib ki, Əfqanıstan özünü təmin edə bilən bir dövlətə çevrilməlidir

Hamid Karzai isə görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında deyib ki,Fransa Əfqanıstanın ən köhnə dostlarından biridir və ən azı son 150 ildə ona kömək edib.

Səfər zamanı Francois Hollandeni müdafiə və xarici işlər nazirləri müşaiyət edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG