Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:52

YAP-çı deputat ABŞ Dövlət Departamentinin hesabatını əsassız sayır


-
ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması haqda qeyd olunanlar əsassızdır.

Bunu AzadlıqRadiosuna Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasından olan deputat Cavanşir Paşazadə deyib:

«Amerikanın belə açıqlamaları birinci dəfə deyil. İnsan hüquqlarının pozulması məsələsinin hərənin öz baxış bucağından qiymətləndirməsi düzgün deyil. Hesabatda evlərin sökülməsi qeyd olunur. Amma bunun səbəbləri lazımınca dəyərləndirilmir. Halbuki, başqa yerə köçənlər də var. Köçkünlər üçün yeni evlər də tikilir. Yəni, bir dövlətin daxili işlərinə qarışmaq üçün insanlarının hüquqlarının pozulmasını əsas gətirmək nahaq işdir».

Mayın 24-də ABŞ Dövlət Departamenti dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını yayıb.
XS
SM
MD
LG