Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq qapısı
05.04.2012
Sayı:61(20.466)

ƏMƏK YARMARKASINDA 65 NƏFƏRƏ GÖNDƏRİŞ VERİLİB

Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması məqsədilə yeni infrastruktur layihələrin həyata keçirilməsi və bu hesaba da əlavə iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin daha da aşağı düşməsi üçün lazımi tədbirlər həyata keçirilir. Şərur Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə geniş danışılmışdır.

Şərur Şəhər Mədəniyyət Sarayında təşkil olunan tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Məmməd Məmmədov qeyd etmişdir ki, əhalinin iş yeri tapması üçün ən çevik formalardan sayılan əmək yarmarkalarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. M. Məmmədov əmək yarmarkasına çıxarılan boş iş yerləri barədə məlumat verərək bildirmişdir ki, bu gün 21 təşkilatda olan 196 boş iş yeri iş axtaranlara təklif olunur.
Əmək yarmarkasında 65 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilmişdir.

BAYTARLIQ XİDMƏTİNİN SƏVİYYƏSİNİ YÜKSƏLTMƏK İNSAN SAĞLAMLIĞINA QAYĞININ İFADƏSİDİR

Muxtar respublikada baytarlıq xidmətinin vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar bu il fevralın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilmiş səyyari müşavirədə əhalinin ekoloji cəhətdən ət, süd və süd məhsullarına olan tələbatının ödənilməsi istiqamətində icrası nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi yolları müzakirə edilmişdir. Regionda baytarlıq xidməti sahəsinə qayğı, müşavirədən əvvəl və ötən müddət ərzində həyata keçirilmiş tədbirlər, verilmiş tapşırıqlar, onların icrası ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Epizootiya əleyhinə mübarizə və müalicə - profilaktika sektorunun müdiri Şəmsəddin Nağıyev cavablandırır:

...- Müşavirədə verilən tapşırıqlar insanların sağlam və keyfiyyətli heyvan mənşəli ərzaq məhsulları ilə təchiz olunmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları yaradılmış şəraitdən düzgün istifadə edərək profilaktiki tədbirlərin gücləndirilməsinə çalışır. Muxtar respublikada epizootik sabitliyi qorumaq məqsədilə heyvanlar arasında peyvəndləmə, diaqnostik müayinələr və digər tədbirlərin vaxtında və səmərəli şəkildə həyata keçirilməsi də qarşımıza qoyulan vəzifələrdəndir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Quş əti istehsalı artmaqdadır
- Traktorlar çöllərin sükutunu pozur
- Yazlıq əkinlərə başlanılıb
- Babək rayonunda yeni meyvə bağları salınır

Şərhləri göstər

XS
SM
MD
LG