Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:41
Görkəmli Azərbaycan sənətkarı Müslüm Maqomayevin «Baharın on yeddi anı» adlı yeni albomu işıq üzü görəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman vokalçıların Moskvada keçirilən Müslüm Maqomayev adına II Beynəlxalq Müsabiqəsinə həsr olunan mətbuat konfransında bildirib.

Mixail Qusmanın sözlərinə görə, yeni albomda M. Maqomayevin məşhur sovet filmi «Baharın on yeddi anı» üçün səsləndirdiyi ifalar yer alacaq:

«Bir çoxlarına məlum deyil ki, «Baharın on yeddi anı» filminin bəstəkarı Mikayıl Tarıverdiyev film üçün bəstələdiyi mahnıları Müslüm Maqomayevin səsi üçün yazıb. Müslüm Maqomayev bu əsərləri olduqca gözəl ifa edib».

Mixail Qusman sonradan filmin rejissorunun naməlum səbəbdən mahnıları İosif Kabzona verdiyini deyib:

«Bir müddət öncə Tamara Sinyavskayadan xahiş elədim ki, Müslüm Maqomayevin arxivini araşdırsın və həmin ifaları üzə çıxarsın. Tamara Sinyavskaya onları arxivdən tapıb».

Qusman yaxın vaxtlarda Müslüm Maqomayevin film üçün səsləndirdiyi mahnılardan ibarət «Baharın on yeddi anı» adlı albomunun işıq üzü görəcəyi müjdəsini verib:

«Ümid edirəm ki, bu albom müslümsevərlərin ürəyincə olacaq», - Mixail Qusman belə deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG