Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01
«Eurovision-2012»nin ikinci yarımfinalının qaliblərinin mətbuat konfransında xarici jurnalistlərdən birinin sualı Azərbaycan dilinə səhv tərcümə edilib. «Reuters» agentliyinin jurnalisti İsveç təmsilçisi Loreendən onun Azərbaycanın müxalifət nümayəndələri ilə görüşünü şərh etməsini istəyib. Ancaq sual elə tərcümə olunub ki, guya jurnalist Lorindən özünü səhnədə necə hiss etməsini soruşub.

Daha ətraflı videodan izlə:




Bir neçə gün öncə İsveçin Azərbaycandakı səfiri Loreenin də qatıldığı qəbul təşkil edib. Bəzi KİV-lər həmin görüş zamanı səfir Mikael Erikssonun Loreendən müsabiqə səhnəsindən siyasi bəyanatlarla çıxış etməyi xahiş etdiyini yazıb. Lakin səfir yerli mətbuata açıqlama verərək, belə bir qəbulun keçirildiyini təsdiqləsə də Azərbaycanla bağlı siyasi bəyanatlar səsləndirməyi xahiş etməsi barədə məlumatları təkzib edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG