Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Antiazərbaycançı şəbəkənin sifarişi, müxalifətin möhtac olduğu qız...


Mətbuat icmalı

Mətbuat icmalı

QƏRƏZLİ HESABATLAR ANTİAZƏRBAYCANÇI ŞƏBƏKƏNİN SİFARİŞİDİR

«Azərbaycan» qəzeti qeyd edir ki, «Amnesty İnternational» və «Human Right Watch» kimi təşkilatların qərəzli hesabatları antiazərbaycançı şəbəkənin sifarişi ilə hazırlanır. Qəzet hesab edir ki, Azərbaycan inkişaf etdikcə, beynəlxalq nüfuzu artdıqca, mövqeyi gücləndikcə, uğurlarına qənim kəsilənlər də ortaya çıxırlar. Ölkəyə və xalqa qara yaxmağa çalışırlar. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk gündən bu cür mənbələrin arxasında erməni lobbisi və antiazərbaycançı şəbəkə dayanır.

«BAKI KRİSTAL ZALI» MÜHASİRƏYƏ ALINIB

«Yeni Müsavat» qəzeti «Bakıda müdhiş Eurovision əməliyyatı» adlı yazıda mahnı müsabiqəsi ilə bağlı həyata keçirilən təhlükəsizlik tədbirlərindən danışır. Qəzetin yazdığına görə İrandan gələn hədələrə qarşı hərəkətə keçən xüsusi xidmət orqanları «Bakı Kristal Zalı»nı qurudan, sudan və havadan mühasirəyə alıb. Anti-terror əməliyyatı çərçivəsində tamaşaçılar və avtomobillər xüsusi təlim görmüş itlər, cihazlar vasitəsilə yoxlanılır.

POLİS İTV QARŞISINDA BARRİKADA QURDU

«Bizim yol» qəzeti İctimai Palatanın İTV qarşısındakı aksiyasından yazır. Qəzet qeyd edir ki, müxalifətin daha bir aksiyası dağıdıldı. Polis İTV qarşısında barrikada qurdu və 50-dən çox İP fəalı tutuldu. Müxalifət televiziyanı ancaq iqtidara qulluq etməkdə, ictimai maraqları güdməməkdə, alternativ fikri işıqlandırmamaqda ittiham edib.

BIR MÜĞƏNNİ QIZA MÖHTAC MÜXALİFƏT

«Yeni Azərbaycan» qəzetinin bu sayında «Müxalifətin Lorin fəlsəfəsi və ya antimilli qüvvələrin iç üzü» adlı məqalə dərc edib. Məqalədə qeyd olunur ki, İsa Qəmbər və Əli Kərimli bir müğənni qıza möhtac olduqlarını göstərməklə antimilli siyasətlərinin fiaskoya uğradığını özləri etiraf etdilər. Qəzetin yazdığına görə, müxalifətin «Eurovision 2012»ni siyasiləşdirmək cəhdi ilə bağlı növbəti fakt ortaya çıxıb.

ACLIQ AKSİYASI GENİŞLƏNİR

«Azadlıq» qəzeti yazır ki, İctimai Palata fəallarının «siyasi məhbuslara azadlıq», «azad seçki», «korrupsiyaya son» və digər tələblərlə keçirdikləri aclıq aksiyasına qoşulanların sırası artır. Aksiyaya beynəlxalq dəstək artır. Qəzetin bildirdiyinə görə, bu günədək artıq Fransa, Almaniya, Hollandiya və bəzi digər ölkələrin telekanalları aclıq edənlərin tələblərini dinləyib, çəkilişlər aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG