Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:14

İranla nüvə danışıqlar Moskvada davam etdiriləcək



Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton bildirir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr və Almaniyanın Tehranla nüvə danışıqları gələn ay Moskvada davam edəcək.

Mayın 24-də İraqın paytaxtı Bağdadda keçirilən danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Ahston bildirir ki, tərəflər arasında ciddi fikir ayrılıqları hələ qalır. Amma onlar müzakirələri iyunun 18-i və 19-da Moskvada davam etdirmək qərarına gəliblər.

Danışıqlarda iştirak edən Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ Tehranı uranın 20 faizə qədər zənginləşdirməyi nəzərdə tutan proqramını dayandırmağa çağırırlar. Onlar bildirirlər ki, bu qədər zənginləşdirmə atom silahı yaratmağa bəs edir. Amma İran bu proqramının yalınız dinc məqsədlərə xidmət etdiyini israrla bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG