Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:54

İran ABŞ gəmisini xilas etdiyini deyir



İranın hərbi dəniz donanmasının bildirdiyinə görə mayın 23-də Oman körfəzində piratların hücumuna məruz qalan və ABŞ-a məxsus yük gəmisini xilas ediblər. İranın rəsmi informasiya vasitələri yayılan xəbərdə deyilir ki, İran hərbçiləri hücuma məruz qalan yük gəmisindən yardım siqnalı alıblar. İran dəniz qüvvələrinin gəmiləri onlara yaxınlaşanda isə piratlar qaçıblar.

Amma qərb agentlikləri yazırlar ki, Danimarkanın yük daşıma şirkətinin kirayələdiyi bu gəmidəki silahlı mühafizəçilər piratları uzaqlaşdırıblar. Məlumata görə hadisə zamanı xəsarət alan olmayıb və gəmi ABŞ yolunu davam etdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG