Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

Eurovision: İspaniya təmsilçisi “qalib gəlmə” tapşırığı aldığını deyir



Bakıda keçirilən Eurovision-2012 mahnı müsabiqəsində İspaniyanı təmsil edən Postora Soler deyir ki, ona müsabiqədə qalib gəlməmək tapşırılıb. Çünki qalib gələn ölkə gələn il bu müsabiqəni təşkil etməlidir. İspaniya isə iqtisadi böhran məngənəsindədir.

Amma Postora Soler əlavə edir ki, İspaniyanın ictimai televiziyasının direktoru onunla görüşündə zarafatyana belə deyibmiş.

Müsabiqənin finalı bu həftənin şənbə günü olacaq. Mayın 24-də isə ikinci yarımfinaldır.

Günün bütün mövzuları

XS
SM
MD
LG