Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:59

Xədicə İsmayılovaya "Azad Mətbuat" mükafatı təqdim olundu


Xədicə İsmayılova

Xədicə İsmayılova

Almaniyanın Gerd Buserius Fondu hər il keçirilən “Şərqi Avropada azad mətbuat” jurnalist müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb.

contact.az - ın məlumatına görə bu il Rusiya, Belarus, Ukrayna və Azərbaycandan iki jurnal və üç jurnalist qalib olub.

Qaliblər arasında olan jurnalist Xədicə İsmayılova ölkənin ən qabaqcıl araşdırmaçı jurnalistlərindən biridir. Ölkədə korrupsiya, hakimiyyətin sui-istifadəsi və insan hüquqlarının pozulması faktlarından danışır.

Digər qaliblər - Olqa Romanova Moskvadan ən məşhur araşdırmaçı jurnalistlərdən biridir. O, Rusiya həbsxanalarında vəziyyət haqqında çox yazıb və hazırda “Seçicilər liqası” və “Ədalətli seçkilər naminə” təşkilat komitəsində çalışır.

Qroznı və Moskvada işıq görən rüblük “Doş” jurnalının əsas mövzuları Qafqazda insan hüquqları, hər yerdə hökm sürən zorakılıq və regionda qeyri-sabitlikdir.

Belaruslu jurnalist Valeri Karbaleviç Belarus KİV-lərində aparıcı müstəqil şərhçilərdən biridir. Onun məqalələri Minskin daxili və xarici siyasətinin təhlilinə həsr olunub.

Ukraynanın ikidilli “Tijden” jurnalı Ukraynanın daxili və xarici siyasəti, onun Rusiya və Avropa İttifaqı arasında yeri haqqında müstəqil məqalələr dərc edir.

Mükafatlandırma mərasimi 2012-ci il mayın 24-də Hamburqda keçirilib.

Ötən illərdə Azərbaycandan Turan agentliyi, “Azadlıq” qəzeti, habelə jurnalistlər Rauf Mirqədirov, Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Zamin Hacı qalib olublar.

Ötən il qalib KİV-lər hər biri 15 min, jurnalistlər isə 10 min avro mükafat alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG