Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:39

Do, re, mi, fa, sol, LİKE, si...


Sevda Ələkbərzadə Facebook məkanında canlı yayımda
Gözlə

No media source currently available

0:00 0:54:53 0:00
Direct-ə keçid

Sevda Ələkbərzadə Facebook məkanında canlı yayımda

Müğənni Sevda Ələkbərzadə canlı efirdə, AzadlıqFM proqramında «Facebook» əhlinin və AzadlıqRadiosu dinləyicilərinin suallarına cavab verdi

Onun 3 mindən artıq dostu var, şüarı «Şərəfini ertədən qoru» kimi səslənir. Müğənni Sevda Ələkbərzadənin «Facebook» profilindən misal gətirdiyimiz bu məlumatlar, real həyatda necədir?

Sevda xanım AzadlıqFM-in canlı efirində bu və digər suallara cavab verib. O, yaradıcılığından, «Eurovision 2012» mahnı yarışmasından, «Facebook»dan danışdı:

- Facebook səhifənizdəki məlumatlar hamı üçün açıqdır, yoxsa yalnız dostlar üçün?

- Yalnız dostluq siyahısında olanlar üçün.

- 3520 nəfər dostunuz var. Virtual dostları hansı kriteriyalarla seçirsiz?

- Hər dostluq təklifini qəbul etmirəm. Yoxsa çoxdan 5000-i ötmüşdü. Baxıram ki, kimlərdi, ümumi dostlarımız kimdir... Bəzən yanılıram, görürəm ki, qəbul elədiyim «dost» elə statuslar yazır ki, bura onun yeri deyil. Onda bloklaşdırıram.

- «Facebook»a niyə gəldiz?

- «Facebook»a gəlmək fikrim də yox idi. Məni qeydiyyatdan keçirmişdilər, amma 2 ay heç açmadım da. Sonra gəldim, xoşuma gəldi. İstədiyim fikirləri bölüşürəm.

- Divarınız bağlıdır, heç nə yazmaq olmur.

- Əfsuslar olsun ki, bir də görürdüm kimsə divarıma yazıb ki, Sevda Ələkbərzadə ilə bir yerdə oturmuşuq. Halbuki mən heç o adamı tanımıram.

- Bəs Sevda Ələkbərzadənin tanımadığı virtual dostlarla dostluq edirmi?

- Çatı nədən açmır?

- «Eurovision 2012»də finala çıxmayan favoriti kim olub? Finalda kimə səs verəcək?

- Yeni musiqi layihəsi nə vaxt bitəcək?

- O, niyə klip çəkdirməyə çox can atmır?

- Müğənni yazıçı baba-atanın yazılıq xəttini davam etdirirmi?

- Sevda Ələkbərzadənin ən böyük arzusu nədir?

- İntellektual pərəstişkarları ilə snobları necə ayırır?

- Və nəhayət, Sevda Ələkbərzadə AzadlıqRadiosuna niyə qəzəbləndi?

Sevda Ələkbərzadənin bu və digər suallara verdiyi cavabları dinləyin.
XS
SM
MD
LG