Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:42

İran Naxçıvana qarşı qadağanı götürdü


May ayının 24-ü səhər saatlarından Naxçıvan Muxtar Respublikasındakı Culfa gömrüyündən İrana keçmək istəyən minik avtomobillərinə qoyulan qadağa aradan qaldırılıb.

Bu barədə AzadlıqRadiosuna naxçıvanlı sürücülər məlumat verib. Sürücülərin bildirməsinə görə, artıq həm yük, həm də minik maşınları əvvəlki qaydada İran ərazisinə keçə bilirlər.

Naxçıvanlı sürücülər bildirirdilər ki, may ayının 21-dən İran tərəfi minik avtomobillərinin bu ölkəyə girişini qadağan etmişdi.

Sürücülərin deməsinə görə, yük maşınlarının İrana ərazisindən keçib, Biləsuvara getmələri üçün onlardan maşınlarının dəyərində girov qoymaları tələb olunurdu.

Naxçıvan Sərhəd Qoşunlarından da İran tərəfindən qadağanın qoyulduğu təsdiq edilmişdi.
XS
SM
MD
LG