Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:11

Bakıda «Diktator»un nümayişi başa çatıb


«Diktator» filminin afişası
«Diktator» filminin afişası
Bu barədə Park Cinema Kinoteatrının direktoru Namiq Quliyev məlumat verib. Onun sözlərinə görə, Park Cinemada «Diktator» filmi mayın 16-dan 23-nə kimi nümayiş olunub:

«Bizim kinoteatrda həftənin 4-cü günləri yeni filmlər nümayiş olunur. Müqavilənin şərtlərinə əsasən 3-cü günlər filmlər nümayişdən çıxarılır. «Diktator» filminin də dünən son nümayişi idi».

- Amma sizin təcrübədə əvvəllər belə hallar olub. Tələbat olan filmlərin nümayiş müddəti uzadılır.

- Bəli. Amma bu həftədən nümayişə yeni filmlər daxil olub. Ona görə də «Diktator» filminin nümayişi ilə bağlı tamam qərarı verildi».

Bakıda «Diktator» filmi ParkCinema və Nizami kinoteatrlarında nümayiş olunurdu. Nizami kinoteatrından isə filmin nümayişinin hansı səbəbdən dayandırılmasına münasibət bildirmədilər. Azərbaycan kinoteatrından isə bildirdilər ki, bu film ümumiyyətlə nümayiş etdirilməyib. Nümayiş olunub-olunmayacağı barədə isə hələlik məlumat yoxdur.

Sosial şəbəkələrdə bu filmin nümayişinin hökumətin tapşırığı ilə qadağan olunduğu bildirilir.

«Diktator» filminin premyerası 16 may 2012-ci ildə olub. Filmin büdcəsi 65 milyon dollardır. Film öz ölkəsinə demokratiyanın gətirilməsi ilə mübarizə aparan bir diktatordan bəhs edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG