Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:18

Yeni Zelandiya siqaretin qiymətini 15 dollara qaldırır


Yeni Zelandiya hökuməti yaxın dörd ildə ölkədə siqaretə vergini 40 faiz qaldıracağını bildirir. Hökumət bu addımı siqaret çəkənlərin sayının azaldılması üçün atdığını deyir.

2016-cı ildə bu vergi də qüvvəyə minəndə Yeni Zelandiyada bir qutu siqaretin qiyməti 15 dollara olacaq.

Hökumət siqaretin qiymətini çox bahalaşdırmaqla 2025-ci ildə Yeni Zelandiyanı tam siqaretdən azad etməyi planlaşdırır.

İyul ayında qüvvəyə minəcək başqa tədbirlərə görə bu ölkədə siqareti artıq piştaxtaya düzmək mümkün olmayacaq. Satıcılar onu stolun altında saxlamalıdırlar.

Səhiyyə rəsmiləri bildirirlər ki, belə tədbirlərlə 1986-cı ildən bəri siqaret çəkənlərin sayını 30 faizə qədər azalda biliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG