Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:20

Aksiya zamanı saxlananların hamısı sərbəst buraxılıb


İctimai Palata (İP) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) binası qarşısında keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında polis tərəfindən saxlanılanlar sərbəst buraxılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, bu gün Bakıda icazəsiz aksiya keçirməyə cəhd edən bir qrup şəxs polis tərəfindən saxlanılıb. Onlardan 8 nəfəri İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq cərimələnib və sərbəst buraxılıb.

Mayın 24-də İP İTV-nin qarşısında aksiya keçirib, saxlananlar olub. Palata hesab edir ki, televiziya ictimaiyyətə deyil, hakimiyyətə xidmət edir.
XS
SM
MD
LG