Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

«Amnesty International» Azərbaycanda yeni repressiya və zorakılıq dalğasının yayıldığını bildirir


Arxiv foto: Müxalifətin Bakıda keçirdiyi etiraz aksiyalarından birində saxlanan.

Arxiv foto: Müxalifətin Bakıda keçirdiyi etiraz aksiyalarından birində saxlanan.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Azərbaycanda yeni repressiya və zorakılıq dalğasının yayıldığını bildirir.

Təşkilat 2012-ci ildə dünyada insan haqlarının vəziyyətinə dair hesabatında qeyd edir ki, ölkədə demokratiya, siyasi islahatlar tələb edənlərin mitinqləri zorakı üsullarla dağıdılır.

«Son bir ildə gənc fəallar və müxalifət nümayəndələri dalbadal həbs ediliblər. 2011-ci ilin mart-aprel aylarında baş vermiş kütləvi etiraz aksiyalarında xeyli sayda müxalifət tərəfdarı həbs edilib. Onlar saxlandıqları müddətdə döyülüb, işgəncələrə, hətta zorlamağa məruz qaldıqlarını bildiriblər», – deyə sənəddə bildirilir.

«Amnesty International» əlavə edir ki, müxalifət fəallarının zorakılığa məruz qalmaları barədə şikayətləri bir qayda olaraq araşdırılmır.

«Amnesty International»ın direktorunun müavini John Dalhuisen mayın 23-də «Reuters» agentliyinə deyib ki, onlar insan haqlarının vəziyyətinə görə Azərbaycanı təkcə «Eurovision» günlərində deyil, bundan əvvəlki illərdə də tənqid ediblər.

Onun fikrincə, «Eurovision»un təşkilatçıları da insan haqları problemlərini Azərbaycan rəsmilərinin diqqətinə John Dalhuisen (sağda)

John Dalhuisen (sağda)

çatdırmalıdırlar:

- Müsabiqəni təşkil edən Avropa Yayım Birliyi də Azərbaycan rəsmiləri qarşısında bu məsələni qaldırmalıdır. Qurum özünü Azərbaycanda azadlıqların, ifadə, media azadlığının pozulmasından kənarda saxlayır. Beynəlxalq ictimaiyyət gözünü neft dollarlarından çəkib bir az da baş verən insan haqları pozuntularına diqqət yetirməlidir.

Azərbaycan hakimiyyət ölkədə insan haqları pozuntuları barədə tənqidləri qəbul etmirlər. Prezident Administrasiyasında İctimai-siyasi şöbənin müdiri Əli Həsənov son günlər bir neçə dəfə müsahibələrində deyib ki, Azərbaycanı sevməyən qüvvələr davamlı olaraq belə tənqidlərlə ölkənin beynəlxalq imicini ləkələməyə çalışırlar.

REAKSİYALAR

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Səməd Seyidov

Səməd Seyidov

deputat Səməd Seyidov deyir ki, hesabat obyektiv deyil:

- Tutulanlardan bir qismi artıq buraxılıb. Bu yaxınlarda bir nəfər də buraxıldı. İctimai asayişi pozan insanlar qanun qarşısında cavab verməlidirlər. Azərbaycanda qanun çərçivəsində tam sərbəst toplaşmaq hüquqları mövcuddur. Dünyanın heç bir yerində qeyri-qanuni toplaşmalara icazə verilmir. Sərbəst toplaşma haqqında qanun var. Razılaşdırılmış və icazə verilmiş mitinqlərdə heç bir problem yoxdur. Söz azadlığına gəldikdə isə, Azərbaycanda saysız mətbu orqanları var. Ən əsası Azərbaycanda internet sərbəst, tamamilə problemsizdir. Deməli, söz azadlığı da tamamilə problemsizdir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirir ki, Aİ-nin hesabatında qaldırılan problemlər hələ də həllini tapmayıb:

- Məhbəsdə 11 nəfər «aprel məhbusları» qalır. Çox güman ki, 11 nəfərin taleyi yaxın günlərdə həll olunmalıdır. Toplaşma azadlığına gəldikdə, burda da problemlər var. Bu problemlər də yerlə bağlıdır. Müxalifətə «20-ci sahə»də yer ayrılması qeyri-münasibdir. Bu problemi həll etmək elə də çətin məsələ deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG