Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

Suriyada 10 yaşlı uşaqlara da işgəncə verilib


BMT-nin İnsan Haqları Şurası Suriyadakı vəziyyətlə bağlı hesabat hazırlayıb. Hesabat 2011-ci ilin martından 2012-ci ilin mayına qədər olan dövrü əhatə edir. Hesabatda bildirilir ki, Suriyanın hökumət qoşunları İdlib, Homs, Hələb, Hama, Dəməşq və Deraada dinc insanları öldürülüb.
“Suriya ordusu və təhlükəsizlik qüvvələri ailə üzvlərindən Azad Suriya Ordusunda olmaları, ya da onlara rəğbətlərinin olub-olmamasını öyrənmək üçün hətta 10 yaşlı uşaqlara belə işgəncə veriblər”.

Hesabatda bildirilir ki, ordu dinc əhalinin yaşadığı bölgələrdə ağır texnika da daxil olmaqla çoxlu sayda silahlardan istifadə edib. Ordunun əməliyyatlar keçirdiyi həmin ərazilərdə ərzaq, su çatışmır, tibbi yardım yox səviyyəsindədir.

2011-ci ilin martından bu yana Suriyada baş verən qarşıdurmalarda 12 mindən artıq adamın həlak olduğu bildirilir.
XS
SM
MD
LG