Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:52

Jurnalist 10 günlük həbs edilib


Gunxeber.com saytının əməkdaşı, Nida Vətəndaş Hərəkatının üzvü Anar Gəraylı 10 günlük azadlıqdan məhrum edilib. Mayın 23-də Nəsimi rayon məhkəməsinin qərarı ilə Anar Əliyev (Gəraylı) barəsində 10 sutka inzibati həbs qərarı verilib. DİN-nin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, o, ictimai qaydaları kobud şəkildə pozmaqda təqsirli bilinib.

NİDA hərəkatının İdarə heyətinin üzvü Üzeyir Məmmədli bildirib ki, sonuncu dəfə onu 28 may metrosu yaxınlığında insan hüquqları ilə bağlı Bakı xəritəsini paylayanda görüblər. Və ehtimal edir ki, jurnalisti həmin bukletlərə görə həbs ediblər.
XS
SM
MD
LG