Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36

Bağdad danışıqlarının ikinci günü başlayıb


İraqın paytaxtı Bağdadda İranla “altılıq ölkələri” (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) arasında nüvə danışıqların ikinci günü keçirilir. Dünənki görüşdə hər hansı razılıq əldə olunmayıb.

Dünənki görüşün sonunda İranın nümayəndə heyəti 5 maddədən ibarət təkliflər paketi təqdim edib. İranın təkliflərinə münasibət görüşün ikinci mərhələsində bildiriləcək.


Görüşdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano bildirib ki, İran hakimiyyəti ölkə ərazisindəki nüvə obyektlərinə baş çəkməyə razılıq verib. Ekspertlərin fikrincə, İran bunun qarşılığında beynəlxalq sanksiyaların götürülməsini istəyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG