Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:29

Gəncə şəhərinin yaşayış evlərində istilik sistemi qurulacaq


Təmir işlərinə iyun ayından başlanılacağı gözlənilir.

Bu barədə «Azəristilik» ASC-nin Gəncə İstilik sahəsinin rəisi Əsəd Xudaverdiyev məlumat verib. Bildirib ki, şəhərdə olan qazanxanaların təmiri məqsədi ilə tədbirlər planı hazırlanaraq «Azəristilik»ə göndərilib. Plana əsasən şəhərdə olan qazanxanaların təmiri, yəni istismar müddətini başa vuran boru və vintlərin yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Ə. Xudaverdiyevin sözlərinə görə, bu il istilik sistemi ilə təchiz edilən bir neçə müəssisənin qazanxanasının da sahənin balansına veriləcəyi gözlənilir.

Məlumata görə, Gəncə İstilik Sahəsi şəhərdə 16 qazanxananın fəaliyyətinə nəzarət edir.
XS
SM
MD
LG