Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:14

Bu gecə «Eurovision 2012»nin ikinci yarımfinalıdır


Eurovision-un birinci yarımfinalı

Eurovision-un birinci yarımfinalı

Mayın 24-ü «Eurovision 2012» mahnı yarışmasının ikinci yarımfinalı keçiriləcək. 18 ölkə təmsilçisi yarışacaq. Onlardan daha çox səs toplamış 10 ifaçı finala vəsiqə qazanacaq.

İkinci yarım final Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

Bu gün ilk olaraq Serbiya təmsilçisi Željko Joksimović çıxış edəcək. Onun ifa edəcəyi mahnı «Nije ljubav stvar» adlanır.

Daha sonra növbə ilə aşağıdakı ölkələr çıxış edəcəklər: Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva.

Mayın 22-də keçirilən birinci yarımfinalda Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya, İrlandiya finala vəsiqə qazanıblar.

Qaydalara görə, ötən ilin qalibi olan Azərbaycan birbaşa finalda çıxış edəcək. Azərbaycanı Səbinə Babayeva «When The Music Dies» mahnısı ilə təmsil edəcək.

Mahnı yarışmasının finalı mayın 26-da olacaq.
XS
SM
MD
LG